

"Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam!"
Heydər Əliyev

Aşağıdakı sahələrdə geniş təcrübəmiz var:
• Açıq və qapalı tipli paylayıcı yarımstansiyaların tikintisi (35–110 kV);
• Yüksək gərginlikli elektrik verilişi xətlərinin quraşdırılması (35–110–220–330 kV);
• Son istifadəçilərə aşağı gərginlikli elektrik xətlərinin (0,4 kV) çəkilməsi, o cümlədən ölçmə qurğularının quraşdırılması;
• Sənaye maraqlı tərəfləri ilə birgə istilik və elektrik stansiyalarının (İES) yenidən qurulması və inkişafında iştirak.
Xidmətlər
“Smart Energy Services” MMC - nin Missiyası və Fəaliyyəti
Əsas Missiya:
“Smart Energy Services” MMC - nin əsas missiyası — Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehsalçılardan elektrik enerjisi satın almaqla istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etmək, paylayıcı şəbəkələrin maddi-texniki bazasını yeni texnologiyaların tətbiqi ilə müasirləşdirmək və bu sahənin inkişafı üçün digər zəruri tədbirləri həyata keçirməkdən ibarətdir.
Bu missiyanın təməli ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə elektrik energetikası sisteminin inkişafı hər zaman prioritet istiqamət olmuş, bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələr həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin uğurlu siyasi rəhbərliyi və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi fəaliyyəti nəticəsində, Azərbaycan elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına tam ödəməklə yanaşı, elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir.
Bu strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, bu gün elektroenergetika sistemində müasir çağırışlar və beynəlxalq tələblər səviyyəsində davamlı və ardıcıl islahatlar həyata keçirilir.
İslahatlar və İnfrastrukturun Modernləşdirilməsi
“Smart Energy Services” MMC öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirmək üçün ölkə üzrə genişmiqyaslı yenidənqurma və təmir işləri həyata keçirir.
İnfrastruktur və Texniki Təkmilləşmə:
-
Bütün bölgələrdə yenidənqurma və təmir işləri aparılır;
-
Köhnəlmiş avadanlıqlar texniki cəhətdən daha güclü və müasir texnologiyalarla əvəz olunur;
-
Yeni yarımstansiyalar tikilir;
-
Köhnə hava xətləri və naqillər, müasir izolyasiyalı naqillərlə əvəz olunur.
Rəqəmsallaşma və Müasir Texnologiyalar:
-
Abonent müraciətləri operativ və səmərəli şəkildə cavablandırılır;
-
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə yüksək keyfiyyətli xidmətlər göstərilir;
-
Yeni nəsil Rəqəmsal İdarəetmə Mərkəzləri şəbəkələrin idarə olunmasını daha da təkmilləşdirir.
Vətəndaş Məmnuniyyəti:
-
Cəmiyyət tərəfindən göstərilən xidmətlərin keyfiyyəti daim artırılır;
-
Uzaqdan nəzarət və koordinasiya imkanları üçün müasir texnologiyalar tətbiq olunur.








